30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çinin Datang şirkəti ilə 100 MVt gücündə günəş enerjisi layihəsi üzrə İcra Müqaviləsi imzalanıb

“China Datang Corporation Ltd.” şirkətinin Direktorlar Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə heyəti energetika naziri Pərviz Şahbazovla görüşüb.

Görüşdə enerji sahəsində geniş əməkdaşlığın Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin əsas prioritet istiqamətlərindən biri olduğu, bu xüsusda Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanan sənədlərin mühüm rolu vurğulanıb.

“China Datang Overseas Investment Co. Ltd” şirkəti ilə quruda 100 MVt gücündə günəş, 2 QVt gücündə dənizdə külək enerjisi, enerji saxlanc sistemi və “Yaşıl Enerji Dəhlizi” layihələrini, həmçinin Azərbaycanın energetika sektoru mütəxəssisləri üçün təlim və təcrübə mübadiləsi proqramını əhatə edən tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub. Müzakirələr zamanı dəniz külək enerjisi və “Yaşıl Enerji Dəhlizi” layihələrinin həyata keçirilməsi üçün zəruri texniki və iqtisadi məsələlər nəzərdən keçirilib. Aparılan tədqiqatlar, külək turbinlərinin daşınması və quraşdırılması, avadanlıqların yerli istehsalının təşkili, sualtı kabellər, enerjinin ötürülməsi və sistem tənzimlənməsi kimi istiqamətlər üzrə fikir mübadiləsi edilib.

Həmçinin günəş enerjisi sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivlər dəyərləndirilib.

Sonra Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” MMC arasında “Azərbaycan Respublikasında 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsinin qiymətləndirilməsi, işlənilməsi və həyata keçirilməsinə dair İcra Müqaviləsi” imzalanıb. Müqavilə layihənin icrasına məsul şirkətin və Rəhbər Komitənin yaradılmasını nəzərdə tutur.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?