30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Mənşə sertifikatı” alt modulundan istifadəyə dair növbəti maarifləndirici görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən sahibkarlar arasında Keyfiyyət informasiya sisteminin “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair maarifləndirici görüşlərin keçirilməsi davam etdirilir.

Dövlət Agentliyinin məlumatına görə, növbəti görüş Agentliyin 6 saylı regional bölməsinin əhatə etdiyi rayonlarda (Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara) fəaliyyət göstərən biznes subyektləri üçün onlayn qaydada təşkil olunub.

Görüş zamanı malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması məqsədilə “E-keyfiyyət.gov.az” informasiya sistemində istifadəyə verilmiş “Mənşə sertifikatı” alt modulunun imkanları və funksionallığı barədə ətraflı məlumat verilib. Həmçinin sözügedən moduldan istifadə qaydalarını əks etdirən videoçarx nümayiş etdirilib.

Görüşdə modulun ixracatçılar üçün təmin etdiyi üstünlüklərdən danışılıb, sahibkarların malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə edilməsi ilə bağlı müraciətlərini Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirmələrinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videoçarxı Agentliyin rəsmi “Youtube” kanalı (https://www.youtube.com/watch?v=ZUwJT2mODRg&t=89s) və “E-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsi ilə izləmək mümkündür.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?