17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“China Datang Corporation Ltd.” şirkətinin sədri ilə görüş keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov “China Datang Corporation Ltd.” şirkətinin sədri Lü Cün ilə görüşüb.

Görüşdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, qeyri-neft sektorunun şaxələndirilməsi və yaşıl enerji konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar diqqətə çatdırılıb. Qeyd edilib ki, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması və texnoloji innovasiyaların tətbiqi ölkə iqtisadiyyatının əsas prioritet istiqamətlərindəndir.

Tərəflər birgə fəaliyyətin perspektivləri kimi enerji keçidi, “Birgə Yaşıl Enerji Sənaye Parkı” layihəsinin həyata keçirilməsi, energetika sektoruna kapital qoyuluşu, lokallaşdırma və texnologiya transferi məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Çinin ən iri dövlət energetika şirkətlərindən olan “China Datang Corporation Ltd.” 2002-ci ildə yaradılıb. Şirkət enerji istehsalı, bərpa olunan enerji texnologiyalarının tətbiqi, enerji səmərəliliyi, avadanlıq istehsalı və innovativ enerji həlləri sahəsində geniş təcrübəyə malikdir.

-----

14:46

"China Datang Corporation Ltd." şirkətinin sədri Lü Cün ilə görüşümüzdə birgə fəaliyyətin perspektivlərini qeyd etdik. Yaşıl enerji layihələrinin icrası, Birgə Yaşıl Enerji Sənaye Parkı layihəsinin həyata keçirilməsinin perspektivləri, energetika sektoruna kapital qoyuluşu, lokallaşdırma imkanları və texnologiyalar transferi sahəsində potensial əməkdaşlıq istiqamətləri barədə müzakirələrimiz oldu".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir?