30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanla Qazaxıstan arasında maliyyə sektoru üzrə əməkdaşlıq müzakirə edilib

Azərbaycan Mərkəzi Bankı ikitərəfli əməkdaşlıq çərçivəsində Qazaxıstan Milli Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

Mərkəzi Bankın məlumatına görə, görüşdə əsas diqqət maliyyə sektorunda və xüsusilə mərkəzi (milli) banklarda müasir təcrübələrin, o cümlədən tənzimləyici yeniliklərin mübadiləsinə yönəldilib.

Tərəflər konsolidasiya olunan maliyyə hesabatlığı üçün hazırkı avtomatlaşdırılmış bank informasiya sistemlərinin imkanlarını və inkişafını, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələblərinə əsasən maliyyə alətlərinin, digər aktiv və öhdəliklərinin tanınmasını və qiymətləndirilməsini, eləcə də yeni maliyyə hesabatlığı standartlarının tətbiqi proseslərini müzakirə ediblər.

Görüşdə həmçinin maliyyə hesabatlılığında şəffaflığın artırılması üzrə mühüm mövzular və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?