9 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Saatlı rayonunda sahibkarlarla görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlarla növbəti görüş Saatlı rayonunda təşkil olunub.

Agentliyin məlumatına görə, Saatlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə rayonda pambıqçılıq, toxumçuluq, süd və süd məhsullarının istehsalı, heyvandarlıq kimi sektorlarda fəaliyyət göstərən 100-dən çox sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov rayonda sahibkarlıq fəaliyyəti, biznesin inkişafı və investisiya qoyuluşu üçün imkanlar və dövlət dəstəyi tədbirləri barədə məlumat veriblər. Qeyd olunub ki, Saatlı rayonunda kənd təsərrüfatı aparıcı yer tutur. Pambıqçılıq, taxılçılıq, bostançılıq, meyvəçilik və heyvandarlıq rayonun ənənəvi fəaliyyət istiqamətlərindəndir. Saatlıda fəaliyyət göstərən emal və istehsal müəssisələri, soyuducu anbarlar və aqrolizinq bazası sahibkarlar üçün həm emal, həm də texnoloji təminat baxımından yeni imkanlar açır. Son illərdə Saatlı rayonunda həyata keçirilən infrastruktur layihələri rayonu regionun əhəmiyyətli iqtisadi mərkəzinə çevirib. Su və torpaq resursları, dövlət dəstəyi tədbirləri Saatlıda kənd təsərrüfatı, sənaye və xidmət sahələrində biznes üçün əlverişli imkanlar yaradır. Bu potensialın reallaşdırılması üçün sahibkarlar KOBİA-ya müraciət edə bilərlər.

Görüşdə biznes fəaliyyətinin maliyyələşdirilməsi, kredit üçün əmlakın girov qoyulması, pambığın alış qiyməti, subsidiyaların və pambıq yığımı üçün texnikanın verilməsi, tikilinin istismara qəbul olunması və s. məsələlər ilə bağlı müzakirələr aparılıb, sahibkarların ehtiyacları və təklifləri dinlənilib, sualları cavablandırılıb.

KOBİA nümayəndələri həmçinin, Saatlı rayonunda keçirilən Aqrar Biznes Festivalına qatılıb, “Aqro-Az” MMC-nin pambıq emalı və "BFT Cheesella" MMC-nin pendir istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olublar.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?