25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
AZPROMO Ümumdünya İnvestisiya Konfransı və Şarja İnvestisiya Forumunda iştirak edib

AZPROMO Ümumdünya İnvestisiya Konfransı və Şarja İnvestisiya Forumunda iştirak edib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyində “Dünyamızın transformasiyası: Möhkəm və davamlı gələcəyə sərmayə qoymaq” mövzusunda keçirilən 29-cu Ümumdünya İnvestisiya Konfransı (World Investment Conference) və 8-ci Şarja İnvestisiya Forumunda (Sharjah Investment Forum) təmsil olunub.

Agentliyin məlumatına görə, tədbir İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) yaradılmasının 30-cu ildönümünü və "Firavanlıq üçün İnvestisiya Onilliyi" təşəbbüsünün rəsmi başlanğıcını qeyd edərək bir çox ölkələrdən dövlət rəsmiləri, investisiya təşviqi agentliklərinin nümayəndələri, özəl sektor təmsilçiləri və investisiya mütəxəssislərini bir araya gətirib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev tədbir çərçivəsində keçirilən panel sessiyasında çıxış edib. Sessiya zamanı Azərbaycan nümunəsində AZPROMO-nun investisiyaların təşviqi qurumu kimi xarici sərmayələrin cəlb edilməsində funksiyası, investorlara münasibətdə şəffaf, əlaqələndirici və etibarlı vasitəçi kimi rolu, eləcə də ölkəmizin investisiya mühitinin üstünlükləri barədə məlumat verilib.

Sessiyada digər iştirakçılar tərəfindən birbaşa xarici investisiyaların təşviqində siyasət və icra mexanizmlərinin uzlaşdırılması, investor etimadının formalaşdırılması yolları, texnologiya və süni intellektin investisiya proseslərinə təsiri, eləcə də gələcəkdə rəqabət üstünlüyü qazandıracaq amillər barədə fikirlər səsləndirilib.

Qeyd edək ki, AZPROMO 2010-cu ildən WAIPA-nın üzvüdür.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?