25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Abu Dabi Beynəlxalq Neft Sərgisi və Konfransı (ADIPEC) keçirilib

Abu Dabi Beynəlxalq Neft Sərgisi və Konfransı (ADIPEC) keçirilib YENİLƏNİB

Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Əbu-Dabi şəhərində keçirilən Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib.

Neft və qaz sənayesində müasir texnologiyaların, innovativ həllərin, rəqəmsal transformasiya və bərpaolunan enerjiyə keçid strategiyalarının təqdim olunduğu tədbirdə enerji sektorundakı yeni qlobal meyllər təqdim olunub. ADIPEC çərçivəsində ölkəmizin enerji transformasiyası və dayanıqlı iqtisadi inkişaf sahəsində təcrübəsi bölüşülüb.

Tədbir çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb. Görüşdə enerji təchizatının təkmilləşdirilməsi, neft-qaz sahəsində kəşfiyyat və hasilat layihələrinin reallaşdırılması, Xəzər dənizi, Asiya və Afrika regionunda yeni bağlantıların qurulması və investisiya potensialının dəyərləndirilməsi imkanları nəzərdən keçirilib.

Tərəflər SOCAR və bp arasında birgə fəaliyyətin diversifikasiyasının etibarlı tərəfdaşlıq və gücləndirilmiş regional sinerji əsasında qarşılıqlı perspektivlərini vurğulayıblar.

Müzakirələrdə bildirilib ki, Azərbaycan enerji sektorunda innovasiyaların tətbiqinə, bərpaolunan enerji mənbələrinin inkişafına və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsinə xüsusi önəm verir. Bu baxımdan beynəlxalq tərəfdaşlarla uzunmüddətli strateji əməkdaşlıq enerji keçidi dövründə yeni layihələrin həyata keçirilməsi üçün mühüm platforma yaradır.

Qeyd edək ki, ADIPEC hər il Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən qlobal enerji sənayesi tədbiridir. Dünya üzrə aparıcı şirkətləri, dövlət qurumlarını və mütəxəssisləri bir araya gətirərək enerji sektorunda innovativ texnologiyaların, yeni həllərin və dayanıqlı inkişaf modellərinin təqdimatına şərait yaradır.

-----

11:32

“Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərimiz çərçivəsində ADIPEC Sərgisi və Konfransının açılış mərasimində iştirak etdik.

Neft və qaz sənayesindəki müasir texnologiyaların və innovativ həllərin nümayiş edildiyi bu tədbirdə energetika sahəsində yenilikləri, rəqəmsallaşma və bərpaolunan enerji strategiyalarını izlədik. Enerji transformasiyası və dayanıqlı iqtisadi fəaliyyətə keçid sahəsində ölkəmizin təcrübəsini bölüşdük”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?