16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda məşğul əhalinin sayı artıb

2019-cu il avqustun 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 180,1 min nəfər olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, onlardan 4 milyon 927,8 min nəfərini məşğul əhali təşkil edib. Qeyd edək ki, bu ilin iyul ayının 1-nə məşğul əhalinin sayı 4 milyon 915,2 min nəfər olmuşdu.

Cari il iyulun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 613,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,4 min nəfər, qeyri-dövlət sektorunda isə 710,3 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 35 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 578,7 min nəfər olub. 2019-cu il avqustun 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 60,7 min nəfər olub və onların 35,8 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olub. Paytaxt Bakıdan sonra ən çox işsiz şəxslər Sumqayıt, Şəmkir , Abşeron və Salyanda qeydə alınıb.

İşsiz şəxslərin sayı, nəfər

onlardan

işsizlikdən sığorta ödənişi alanlar

Ölkə üzrə – cəmi

60.651

731

Bakı şəhəri

27.548

442

Abşeron iqtisadi rayonu

6.396

66

Gəncə-Qazax iqtisadi rayonu

8.449

34

Şəki-Zaqatala iqtisadi rayonu

1.635

13

Lənkəran iqtisadi rayonu

1.673

15

Quba-Xaçmaz iqtisadi rayonu

2.112

16

Aran iqtisadi rayonu

7.594

79

Yuxarı Qarabağ iqtisadi rayonu

2.789

10

Kəlbəcər-Laçın iqtisadi rayonu

1.120

47

Dağlıq Şirvan iqtisadi rayonu

1.335

9

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?