22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aqrar sığorta kiçik və orta sahibkarlığı canlandıracaq

"Kənd təsərrüfatı sahəsində sığorta iqtisadiyyatın digər sahələrindən daha çox vacibdir. Bu mənada, "Aqrar sığorta haqqında" Qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı böyük əhəmiyyət kəsb edir".

İqtisadçı ekspert Pərviz Heydərov qeyd edib ki, qanun ölkədə aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyəcək, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək: "Azərbaycanda aqrar sığorta ümumilikdə kənd təsərrüfatının inkişafı ilə bağlı məsələdir. Sığortanın müvəffəqiyyətli tətbiqi bütövlükdə aqrar sektorun inkişaf səviyyəsindən asılıdır. Çünki sığortanın əsas prinsiplərindən biri budur ki, sığortaolunan tərəfindən müvafiq ödəniş həyata keçirilsin".

Ekspert vurğulayıb ki, son illərdə aqrar sahəyə xüsusi diqqət yetirilir. Həm ölkənin valyuta bazarında sabitliyi qorumaq, həm ərzaq təhlükəsizliyini təmin etmək, həm də idxaldan asılılığı azaltmaq üçün kənd təsərrüfatı istehsalını artırmaq lazımdır. Bunun da əsas yolu aqrar sahədə kiçik və orta sahibkarlığın inkişafından keçir. Qeyd edilib ki, aqrar sığortanın tam effektiv tətbiqi o zaman mümkün olacaq ki, aqrar sektorda gəlirlilik indikindən azı 2-3 dəfə yüksək olsun.

Azərbaycanda sığorta bazarı zəif inkişaf etdiyindən ölkədə bununla bağlı məlumatlılıq səviyyəsi də çox aşağıdır. Bu sektorda sığortanın tətbiqini çətinləşdirən daha bir amil risk səviyyəsinin çox yüksək olmasıdır: "Buna görə də dövlət bu prosesdə mütləq iştirak etməlidir. Uzunmüddətli dövr ərzində dövlətin sığortaedənlə sığortaolunanlar arasında təminatçı kimi qalması zəruridir. Yəni dövlət sığortaedənin məsuliyyətinin bir hissəsini mütləq öz üzərinə götürməlidir və bu, aqrar sektor yüksək inkişaf səviyyəsinə çatanadək davam etməlidir. Dövlətin maliyyə imkanları yaxşı vəziyyətdə olduğundan, bu sahədə effektiv və mükəmməl bir mexanizm hazırlanmalıdır".

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?