30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sabah Bakıda 25-ci Yubiley Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası başlayır

18 oktyabr - 9 noyabr tarixlərində Bakıda 25-ci Yubiley Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yarmarkada 43 regiondan 280-dən çox fermer iştirak edəcək. İştirakçılara yerlər fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada ayrılıb. Qeydiyyat prosesi 5-7 sentyabr tarixlərində bal.kendden.az portalı üzərindən onlayn qaydada həyata keçirilib. Yarmarkaya yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2025-ci il sentyabrın 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatını bəyan etmiş fermerlərin müraciətləri qəbul edilib. Yarmarkada ümumilikdə 100 tondan çox bal və 15-dən artıq müxtəlif növ arıçılıq məhsulunun satışa çıxarılması nəzərdə tutulur.

Satışa çıxarılan bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nümunə götürülərək laboratoriyada analiz olunub. Keyfiyyət və qida təhlükəsizliyi standartlarına cavab verməyən məhsullar satışa buraxılmayıb.

Bu il yarmarkada bir sıra yeniliklər də tətbiq olunacaq. “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən fermerlərə satış zamanı ödənişsiz qablaşdırma və brendləşmə dəstəyi göstəriləcək.

Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında “Gənclik” metro stansiyasının yaxınlığında fəaliyyət göstərəcək.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?