6 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Rebuild Karabakh” sərgisində KOB-ların məhsul və xidmətləri təqdim olunur

Bakı Ekspo Mərkəzində 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi ("Rebuild Karabakh 2025") keçirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, sərgidə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarının genişləndirilməsinə və yeni biznes əlaqələrinin qurulmasına dəstək məqsədilə bu dəfə Agentliyin dəstəyi ilə KOB-lar üçün ayrıca stend qurulub. Stenddə 10-a yaxın KOB subyektinin sənaye və inşaat məhsulları, tikinti materialları, istehsalat avadanlıqları, işçi geyimləri və müxtəlif xidmətlər təqdim edilir.

Həmçinin, stenddə Qarabağın biznes və investisiya imkanları, bölgənin potensialı, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parkları, sahibkarlar üçün nəzərdə tutulan güzəştlər barədə məlumat verilir. KOBİA-nın və tərəfdaş qurumların dəstəyi ilə həyata keçirilən "Qarabağ KOB-ları" proqramı barədə məlumat da sərgi ziyarətçilərinin diqqətinə çatdırılır. Stenddə iş adamlarının ikitərəfli görüşlər keçirməsi üçün şərait də yaradılıb.

Qeyd edək ki, “Rebuild Karabakh” sərgisi oktyabrın 16-dək davam edəcək.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?