"Alshaya Group" şirkətinin icraçı sədri ilə görüş keçirilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Küveyt Dövlətinə işgüzar səfəri zamanı dünyanın aparıcı brend françayzinq operatorlarından olan "Alshaya Group" şirkətinin icraçı sədri Məhəmməd Alşaya ilə görüşüb.
Nazir sosial şəbəkə hesablarındakı paylaşımında bildirib ki, görüşdə qlobal biznes mühitində yeni imkanlar, rəqəmsal ticarət və innovativ yanaşmalar sahəsində potensial əməkdaşlıq, həmçinin qabaqcıl təcrübələrin ölkəmizə transferi barədə fikirlərini bölüşüblər.
