19 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İndiyədək 762 adda məhsula Sərbəst Satış Sertifikatı təqdim olunub

“Azexport” portalı farmasevtika kateqoriyasına aid olan “Delta Dent” məhsulunun Gürcüstana ixracı üçün Sərbəst Satış Sertifikatı təqdim edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, son illər Azərbaycanda istehsal olunan qida əlavələri və farmasevtika məhsullarına xarici ölkələrdən maraq əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, bu kateqoriyaya aid məhsullar artıq daxili bazarla yanaşı, ixrac bazarlarında da genişlənməyə başlayıb: “Son təqdim olunan sertifikatlar da göstərir ki, yerli istehsalçılarımız beynəlxalq bazarlarda öz mövqelərini möhkəmləndirirlər”.

Qeyd edək ki, Sərbəst Satış Sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına əsasən, “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat məhsulun Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları tərəfindən sertifikatlaşdırıldığını və müvafiq standartlara cavab verdiyini təsdiq edir.

Ümumilikdə 2018-ci ilin aprel ayından 2025-ci ilin oktyabr ayına qədər 762 adda məhsula Sərbəst Satış Sertifikatı təqdim olunub. Bu sənədin verilməsi “Made in Azerbaijan” brendli məhsulların əvvəllər ixracında çətinliklər mövcud olan Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz regionlarının 100-dən artıq ölkəsinə ixracını asanlaşdırıb.

Sərbəst Satış Sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?