13 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mərkəzi Bank Beynəlxalq Maliyyə İstehlakçılarının Müdafiəsi Təşkilatına tamhüquqlu üzv kimi qoşulub

Azərbaycan Mərkəzi Bankı (AMB) Beynəlxalq Maliyyə İstehlakçılarının Müdafiəsi Təşkilatına (FinCoNet) tamhüquqlu üzv qismində qoşulub.

Mərkəzi Bankın məlumatına görə, üzvlük çərçivəsində AMB təşkilatın məsuliyyətli kreditləşmə, rəqəmsal maliyyə xidmətlərində istehlakçıların müdafiəsi, bazar davranışına nəzarət və risklərin qiymətləndirilməsi üzrə işçi qruplarında iştirak etmək hüququ qazanıb. Bundan əlavə, bu üzvlük beynəlxalq səviyyədə qəbul olunan siyasət sənədlərinin hazırlanması prosesinə cəlb olunmaq, həmçinin mövcud siyasət sənədləri və tədqiqat bazasına çıxış əldə etmək imkanı verir.

Mərkəzi Bank FinCoNet üzvü kimi maliyyə istehlakçılarının müdafiəsi və bazar davranışının tənzimlənməsi üzrə qabaqcıl təcrübələri öyrənə, beynəlxalq səviyyədə qəbul edilən təcrübə və yanaşmalarla tanış ola, həmçinin təşkilatın gündəliyinin müəyyən edilməsində iştirak edərək prioritet istiqamətlərin formalaşdırılmasına töhfə verə biləcək.

Qeyd edək ki, 2013-cü ildə təsis edilən FinCoNet maliyyə bazarlarının davranışına və maliyyə istehlakçılarının müdafiəsinə cavabdeh nəzarət orqanlarının beynəlxalq təşkilatıdır. Bu qurumun əsas məqsədi istehlakçıların maraqlarının qorunmasını təmin edən səmərəli və effektiv nəzarət mexanizmlərinin təşviq edilməsi, ədalətli və şəffaf bazar təcrübələrinin inkişaf etdirilməsi, həmçinin üzv qurumlar arasında ən yaxşı təcrübələrin paylaşılmasıdır.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?