24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvanda ƏDV ödəyiciləri ilə görüş keçirilib

Naxçıvanda ƏDV ödəyiciləri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ƏDV ödəyiciləri ilə görüş keçirilib. Görüşdə sahibkarları maraqlandıran məsələlər, o cümlədən ƏDV üzrə kameral vergi yoxlamaları ilə bağlı suallar geniş müzakirə olunub.

Görüşdə vergi ödəyicilərinə ƏDV üzrə kameral vergi yoxlamaları barədə geniş məlumat verilib. Kameral vergi yoxlaması ilə bağlı göndərilən məktubların, digər maarifləndirici məlumatların vergi ödəyiciləri tərəfindən vaxtında oxunmasının, zəruri hallarda cavablandırılmasının, bu səbəbdən ödəyicilərə məxsus elektron kabinetlərin mütəmadi olaraq yoxlanılmasının vacibliyi diqqətə çatdırılıb. Qeyd edilib ki, 2025-ci ilin ilk 6 ayında aparılan təhlillərə əsasən ƏDV üzrə təqdim edilmiş hesabatlarda bir sıra uyğunsuzluqlar meydana çıxıb. Belə ki, təhlil olunan dövr üzrə vergi ödəyiciləri tərəfindən ƏDV bəyannamələrində göstərilən dövriyyələrin sənədlərlə təsdiq edilməməsi (malların, iş və xidmətlərin təqdim edilməsi üzrə elektron qaimə-fakturaların və ya onlayn kassa aparatı çeklərinin təqdim edilməməsi) halları müşahidə olunur. Qeyd olunub ki, yarana biləcək risklər nəticəsində vergi ödəyiciləri əlavə maliyyə itkilərinə məruz qala bilərlər.

Sonda sahibkarlar rastlaşdıqları çətinliklər barədə fikirlərini bildirib, təkliflərini səsləndiriblər. Muxtar respubklikadakı biznes mühitinin daha da yaxşılaşdırılması və iqtisadiyyatın daha da şəffaflaşdırılması üçün qanunvericiliyin tələblərinə ciddi riayət olunması tövsiyyə olunub, habelə sahibkarlara rastlaşdıqları çətinliklər və bütün suallarla bağlı vergi orqanlarına müraciət edə biləcəkləri diqqətə çatıdrılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?