15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il Qarabağ və Şərqi Zəngəzurda sənaye məhsulu istehsalı 3,5 dəfə artıb

2024-cü ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən ümumilikdə 407,8 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Bu göstərici əvvəlki illə müqayisədə 3,5 dəfə yüksəkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Qarabağ iqtisadi rayonunda istehsal həcmi dəyər ifadəsində 316,59 milyon manat təşkil edərək illik müqayisədə 15 faiz artıb. Şərqi Zəngəzur iqtisadi rayonunda isə istehsalın dəyəri 91,2 milyon manata çatıb ki, bu da 2023-cü illə müqayisədə 3,8 dəfə çoxdur.

Qarabağda sənaye istehsalının 62,4 faizi, Şərqi Zəngəzurda isə 26,3 faizi özəl sektorun payına düşüb.

Hər iki iqtisadi rayonda sənaye istehsalının əsas hissəsini emal sənayesi ilə elektrik enerjisi, qaz və buxarın istehsalı, bölüşdürülməsi və təchizatı sektorları formalaşdırıb. Belə ki, Qarabağda emal sənayesində 191,8 milyon manatlıq məhsul istehsal olunub ki, bu da illik müqayisədə 28 faizlik artıma bərabərdir. Şərqi Zəngəzurda isə emal sənayesinin istehsalı 28,47 milyon manata çataraq 88 faiz yüksəlib.

Enerji və təchizat sahəsində isə fərqli dinamika müşahidə olunub: Qarabağ iqtisadi rayonunda cüzi azalma ilə (-2,7 faiz) 109,3 milyon manatlıq istehsal qeydə alınıb. Şərqi Zəngəzurda isə bu sahədə 54,97 milyon manatlıq istehsal təmin olunub ki, bu da 12 dəfəyə yaxın artım deməkdir.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?