22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da top üçlükdə yer alıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalının dəstəyi ilə Azərbaycan məhsulları ilk dəfə dünyanın ən iri elektron ticarət platformalarından biri olan “Alibaba.com”da öz kateqoriyası üzrə qlobal reytinqdə ilk üçlükdə yer alıb. Məhsullar “Mr.Fix” brendinə məxsus tikinti materiallarıdır.

İİTKM-nin məlumatına əsasən, bu nailiyyət Azərbaycan istehsalçıları üçün elektron ticarətin açdığı yeni imkanların bariz göstəricisidir. Ənənəvi ticarət üsullarının zəiflədiyi bir dövrdə rəqəmsal bazarlara keçid cəmi bir aydan qısa müddətdə yerli məhsulu nəhəng bazarda lider mövqeyə yüksəldib.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Azərbaycanın tikinti məhsullarının dünyanın ən böyük bazarlarından birində top üçlükdə yer alması elektron ticarətin yaratdığı yeni reallıqdır: “Şirkətlər bu reallığı qəbul etməli və daha çox bu istiqamətə yönəlməlidir. Artıq məhsula sifariş sorğusu da daxil olub, müzakirələr aparılır. Bu, sadəcə başlanğıcdır və bənzər nümunələrin sayı artacaq. Bu uğuru fürsətə çevirmək üçün sahibkarlar “Azexport” portalı ilə daha yaxından əməkdaşlığa dəvət olunur”.

Azexport.az” portalı sahibkarları təmənnasız təqdim olunan ixrac imkanlarından yararlanmağa çağırır və Azərbaycanın qeyri-neft ixracını yeni rəqəmsal bazarlarda daha da gücləndirməyə davam edir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?