21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, iclasda AMB, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Dövlət Statistika Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məsul şəxsləri iştirak edib.

İclasda işçi qrupunun cari il üzrə təsdiq edilən fəaliyyət planının icrası istiqamətində I yarımillikdə görülən işlər barədə hesabatlar dinlənilib. Hesabatlar büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığı, dövlət tənzimlənməsi yükü, monetar azadlıq, Qlobal İnnovasiyalar İndeksi, həmçinin təbii resursların effektiv idarə edilməsi kimi məsələləri əhatə edib.

İşçi qrupunun rəhbəri, Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov müzakirələri yekunlaşdıraraq təsdiq edilən fəaliyyət planının icrası istiqamətində işlərin davam etdirilməli olduğunu bildirib. O, görülən işlər barədə məlumatların daha effektiv kommunikasiyasının zəruriliyi barədə iclas iştirakçıları ilə fikirlərini bölüşüb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?