Çex Respublikası ilə iqtisadi əməkdaşlıq kontekstində müzakirələr aparılıb
“Çex Respublikasına işgüzar səfərimiz çərçivəsində bu ölkənin sənaye və ticarət naziri Lukaş Vlçek ilə görüşdük. İqtisadi əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, sənaye, nəqliyyat, tranzit, turizm və investisiyalar sahəsində birgə fəaliyyətin gücləndirilməsi imkanlarını nəzərdən keçirdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
