11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün “industry4.az” portalı istifadəyə verilib

Yerli bizneslərin texnoloji transformasiyasını sürətləndirmək imkanlarını gücləndirmək məqsədilə “Sənaye 4.0 Hazırlıq Proqramı”na qeydiyyat üçün nəzərdə tutulan “industry4.az” portalı ictimaiyyətin istifadəsinə verilib.

“Sənaye 4.0 Hazırlıq Proqramı” texnologiyaların tətbiqi və mənimsənilməsi vasitəsilə müəssisələrin səmərəliliyini artırmaq və onların uzunmüddətli davamlı inkişafına dəstək məqsədi daşıyır. Proqram, həmçinin ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək üçün strateji əhəmiyyət kəsb edir.

Proqram çərçivəsində aşağıdakı fəaliyyətlər nəzərdə tutulur:

- Şirkətlərin mövcud texnoloji bacarıqlarının və potensialının qiymətləndirilməsi;

- Texnoloji transformasiyaya dair yol xəritələrinin hazırlanması;

- Yol xəritəsinin icrasında zəruri maliyyə dəstəyinin ayrılması;

- Texnoloji bilik və bacarıqların gücləndirilməsi;

- İcra dəstəyinin göstərilməsi.

Müəssisələr ilkin məlumatları təqdim edərək “industry4.az” platformasında qeydiyyatdan keçə bilərlər. İlkin seçim mərhələsini uğurla keçən müəssisələr proqram çərçivəsində ətraflı dəstək almaq imkanı əldə edəcəklər. Hər bir müəssisə üçün proqramın müddəti 3-4 ay təşkil edəcək.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?