11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cari ilin birinci yarısında sənaye zonalarında 21 sahibkarlıq subyekti qeydiyyatdan keçib

2025-ci ilin I yarısında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında investisiya portfeli 307 milyon manatdan çox olan 18 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

Agentliyin məlumatına görə, bunlardan 3-ü Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının, 5-i Hacıqabul Sənaye Parkının, 1-i Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

Eyni zamanda Ağdam, Hacıqabul və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında hər bir zona üzrə 1 olmaqla ümumilikdə 3 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib.

Qeydiyyatdan keçən investorlar tərəfindən sənaye zonalarında smart televizorlar, velosiped, elektrik mühərrikli avtobuslar, lift və eskalatorlar istehsalı layihələri həyata keçiriləcək, tekstil sahəsində klasterləşmə formalaşdırılacaq, günəş elektrik stansiyası qurulacaq.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?