9 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan – Gürcüstan iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətləri nəzərdən keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə dövlət başçılarının yüksək səviyyəli səfərləri vurğulanıb, dost və qardaş Gürcüstanla əməkdaşlığın bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyi bildirilib.

Tərəfdaşlığın möhkəmləndirilməsi üçün ölkəmizin əlverişli biznes və investisiya mühiti qeyd olunub, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, əczaçılıq, İKT, enerji sahələrində uğurlu fəaliyyətdən bəhs edilib. Bu əməkdaşlığın həm ölkələrimiz üçün, həm də regional inkişaf üçün xüsusi əhəmiyyət daşıdığı nəzərə çatdırılıb.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi-ticarət əməkdaşlığının inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, birgə layihələrin önəmini diqqətə çatdırıb.

Tərəflər ikitərəfli iqtisadi əlaqələrin prioritet inkişaf istiqamətlərini nəzərdən keçirib və enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

-----

13:57

“Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. Azərbaycan – Gürcüstan iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətlərini nəzərdən keçirdik və enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etdik. Birgə layihələrin ölkələrimiz və region üçün faydalarını vurğuladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?