23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold”un sikkələri Honkonq Beynəlxalq Numizmatika Sərgisində təqdim olunub

Azərbaycanın qiymətli metallar sənayesi üzrə aparıcı dövlət şirkəti olan “AzerGold” QSC ölkəmizi növbəti dəfə beynəlxalq platformada uğurla təmsil edib.

QSC-dən verilən məlumata görə, şirkətin qızıl və gümüş kolleksiyaları 20-22 iyun tarixlərində keçirilən 14-cü Honkonq Beynəlxalq Numizmatika Sərgisində ilk dəfə nümayiş olunub.

Bu beynəlxalq tədbir nadir sikkələr, qiymətli metallar, tarixi əskinas kolleksiyalarına dair dünyanın ən nüfuzlu sərgilərindən biri kimi tanınır. Hər il burada müxtəlif ölkələrdən dövlət zərbxanaları, numizmatika şirkətləri və kolleksiyaçılar iştirak edirlər.

6 min nəfərdən çox ziyarətçinin qatıldığı sərgidə təqdim edilən sikkələr Azərbaycanın zəngin tarixi və mədəni irsini əks etdirən dizaynı, yüksək keyfiyyəti ilə iştirakçı şirkətlər və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində “AzerGold” QSC-nin stendində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında üçölçülü formatda ərsəyə gətirilmiş “100 il və onun fövqündə bir irs” qızıl sikkəsi, İçərişəhərə, həmçinin Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş qızıl sikkə, yeni nəsil “Bakı” gümüş sikkəsi, “Qarabağ kolleksiyası”na aid qiymətli məhsullar və digər tematik sikkələr yer alıb.

Sərgi çərçivəsində, həmçinin, regionun satış platformaları ilə birbaşa əlaqələrin qurulması, eləcə də distribusiya imkanları və əməkdaşlıq potensialının dəyərləndirilməsi məqsədi ilə Honkonqun qiymətli metalların satışı üzrə aparıcı şirkətlərindən olan “Precious Metals Asia”, o cümlədən “Kinesis” şirkətinin təmsilçiləri ilə işgüzar formatda görüşlər keçirilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?