ESG prinsiplərinin tətbiqi rəqabətqabiliyyətli biznesin qurulması üçün əsas şərtlərdəndir
"PASHA Holding"in təşkilatçılığı ilə keçirilən "Business Talks"da dayanıqlı maliyyələşmə üçün ekoloji, sosial və korporativ idarəetməni ehtiva edən ESG prinsiplərinin vacibliyini vurğuladıq. Bu prinsiplərin iqtisadiyyatda artan rolu, şirkətlərin effektiv idarə olunması və investisiya qərarlarına təsiri, iqlimlə bağlı maliyyə risklərinin düzgün qiymətləndirilməsi barədə müzakirələr apardıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
“ESG prinsiplərinin tətbiqi qlobal çağırışlar fonunda dayanıqlı və rəqabətqabiliyyətli biznesin qurulması üçün əsas şərtlərdəndir”,- nazir əlavə edib.
