Serbiyaya məhsul ixracı artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Serbiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,6 dəfə artaraq 71,6 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Serbiyaya ixrac: 66,6 milyon dollar (+2,8 dəfə)
Serbiyadan Azərbaycana idxal: 5 milyon dollar (+32,9 faiz)
Cari ilin ilk dörd ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Serbiya ilə ticarətin payı 0,42 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi
