12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çin şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirməkdə maraqlıdırlar

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının (CAFIEC) vitse-prezidenti və CAFIEC-in Beynəlxalq İnvestisiya və Əməkdaşlıq Komitəsinin direktoru Vanq Veiveyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Agentliyin məlumatına görə, nümayəndə heyətinin tərkibinə Çin Beynəlxalq Ticarət Assosiasiyası ilə yanaşı, boru istehsalı, tikinti və mühəndislik, əczaçılıq, sənaye, qida, elektron ticarət və süni intellekt texnologiyaları sahələrində fəaliyyət göstərən şirkətlər daxil olub.

Görüşdə AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov Agentliyin fəaliyyəti, investorlara göstərilən xidmətlər və ölkəmizin biznes imkanları barədə məlumat verib, Çin şirkətlərinin ölkəmizdə reallaşdırılan layihələrdə iştirakının genişləndirilməsinin önəmi vurğulanıb.

CAFIEC-in vitse-prezidenti Vanq Veivey Azərbaycanda investorlar üçün yaradılan münbit investisiya iqlimini nəzərə alaraq, Çin şirkətlərinin ölkəmizə artan marağını və ikitərəfli investisiya tərəfdaşlığının gücləndirilməsinin potensialını qeyd edib.

Görüş çərçivəsində Çin şirkətlərinin sualları cavablandırılıb, şirkət nümayəndələrinin potensial tərəfdaşlıqla bağlı fikirləri dinlənilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?