18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Baş nazir Əli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

İyunun 5-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclası keçirilib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.

Nazirlər Kabinetinin məlumatına əsasən, iclasda çıxış edən Əli Əsədov gündəlikdəki iqtisadi, hüquqi və humanitar sahələrə aid məsələlərlə yanaşı, MDB-nin fəaliyyəti ilə bağlı büdcə və kadr məsələlərinə də diqqət çəkib.

Ə.Əsədov, həmçinin, Azərbaycanın MDB-yə üzv dövlətlərlə iqtisadi- ticarət əlaqələrinin daha da genişləndirilməsinə böyük önəm verdiyini xatırladıb. “Bu baxımdan, Azərbaycan ilə MDB ölkələri arasında ticarət dövriyyəsinin müsbət dinamikasının qorunub saxlanılması sevindirici haldır. Belə ki, 2024-cü ildə ticarət dövriyyəsi 7% artmışdır. Cari ilin ilk 4 ayının yekunlarına əsasən isə 43% artım müşahidə olunur,” – deyə o bildirib.

İclas iştirakçılarını Azərbaycanın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atdığı addımlar barədə məlumatlandıran Baş nazir qeyd edib ki, xüsusilə gömrük və tranzit əməliyyatlarının rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirilir. Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biri kimi “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin inkişafında əhəmiyyətli rol oynayır.

Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində uğurla həyata keçirilən irimiqyaslı layihələr barədə danışan Ə.Əsədov qeyd edib ki, günəş və külək elektrik stansiyalarına dair imzalanmış müqavilələr 2030-cu ilə qədər ölkəyə əlavə 6 giqavat enerji təmin edəcək. “Eyni zamanda, Azərbaycan Respublikasının Şərqi Zəngəzur və Qarabağ bölgələrində müxtəlif gücə malik su elektrik stansiyalarının tikintisi və istismara verilməsi hesabına hidroenerji potensialı daxili investisiyalar hesabına artırılır. Görülən işlər nəticəsində növbəti beş il ərzində bərpaolunan enerji mənbələrindən enerji istehsalı potensialının ikiqat artırılması planlaşdırılır,” – deyə Baş nazir əlavə edib.

Yekun olaraq, Azərbaycan Respublikasının Baş naziri MDB çərçivəsində hökumətlərarası səviyyədə sıx əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu ifadə edib. Baş nazir bu əməkdaşlığın üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini vurğulayıb.
İclasın yekununda MDB-yə üzv dövlətlərin hökumət başçıları tərəfindən bir sıra sənədlər imzalanıb.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri