12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Növbəti iki il ərzində 10 günəş və külək elektrik stansiyası istismara veriləcək

Növbəti iki il ərzində 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi ilə bərpa olunan enerjinin inkişafının birinci mərhələsi tamamlanacaq.

Energetika Nazirliyindən verilən məlumata görə, bu barədə nazir Pərviz Şahbazov Bakı Enerji Forumunda “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda keçirilən plenar sessiyada çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu çərçivədə bu il 240 MVt gücündə külək elektrik stansiyası istifadəyə veriləcək, 200 MVt gücündə üç günəş stansiyasının tikintisinə başlanacaq.

“2,7 milyard dollar investisiya dəyəri olan bu yaşıl enerji gücləri ilə quraşdırılmış gücdə bərpa olunan enerjinin payı 2027-ci ildə 33,7 faizə çatacaq. Planlarımız bu göstəricini 2030-cu ildə 38 faizə, 2035-ci ildə isə 42,5 faizə yüksəltməkdir. Növbəti 5 il ərzində quruda və dənizdə yaradılacaq 6 QVt-dan çox yaşıl enerji gücünün 4 QVt-ı ixraca yönəldiləcək. Həmçinin yaşıl enerji zonası Naxçıvanın 6 QVt bərpa olunan enerji potensialının ən azı 1 QVt-ı ixrac ediləcək”, - Pərviz Şahbazov qeyd edib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?