Yanvar-aprel aylarında 7,1 milyon dollarlıq pambıq ipliyi ixrac edilib
Bu ilin yanvar-aprel aylarında ölkədən 7,1 milyon ABŞ dolları dəyərində 2,9 min tondan çox pambıq ipliyi ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 5,3 faiz, həcm olaraq 12,3 faiz çoxdur.
Hesabat dövründə bu məhsulun ümumi ixracda xüsusi çəkisi 0,08 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,67 faizə bərabər olub.
