19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ümumdünya Əşyaların İnterneti Konvensiyası ilə əməkdaşlıq məsələləri müzakirə olunub

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Ümumdünya Əşyaların İnterneti Konvensiyasının (WIOTC) təsisçisi və sədri Xuming He ilə videokonfrans formatında görüşüb.

Mərkəzin məlumatına görə, görüşdə cari ilin aprel ayında Pekində iki qurum arasında imzalanan Anlaşma Memorandumunda qeyd edilən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər birgə fəaliyyətin təşkili, Azərbaycandakı maraqlı tərəflərin WIOTC üzvlüyünə dəvət olunması, əşyaların interneti sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində digər əməkdaşlıq imkanlarını müzakirə ediblər.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?