23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarlığa gedən yol – Özünüməşğulluq proqramı ilə biznesə ilk addım

Sahibkarlığa gedən yol – Özünüməşğulluq proqramı ilə biznesə ilk addım

Özünüməşğulluq proqramı sahibkarlıq fəaliyyətinə başlamaq üçün əlverişli imkanlar yaradır. Bu səbəbdən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2019-cu ildən bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlıq edir, proqramın müxtəlif mərhələlərində dəstək göstərir.

KOBİA-nın məlumatına görə, proqrama qoşulmaq istəyən vətəndaşlar, eləcə də proqramın iştirakçısı olmuş və növbəti mərhələdə biznesini inkişaf etdirmək istəyənlər KOBİA-nın ölkənin 50-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB dostlarına dəstək üçün müraciət edə bilərlər.

KOBİA özünüməşğulluq proqramına iki istiqamətdə dəstək göstərir. Belə ki, Agentlik proqrama qoşulmaq istəyən vətəndaşların məlumatlandırılması, müvafiq sistemdə qeydiyyata alınması və məşğulluq filialları ilə əlaqələndirilməsinə dəstək olur, namizədlərin təsərrüfatına baxış, proqrama cəlb olunmuş şəxslərin təlimlərində və onlara aktivlərin verilməsində iştirak edir. Növbəti mərhələdə isə özünüməşğulluq proqramının iştirakçısı olmuş və müxtəlif aktivlərlə təmin edilmiş vətəndaşlar bizneslərinin inkişafına dəstək üçün KOBİA-nın məsləhət, biznesin planlaşdırılması, satış bazarlarına çıxış və s. istiqamətlərdə xidmətlərindən faydalana bilərlər.

Qeyd edək ki, 2019-2024-cü illərdə 800-dək vətəndaş özünüməşğulluq proqramına qoşulmaq üçün KOBİA-nın müxtəlif dəstək və xidmətlərindən yararlanıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?