31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda təşkil ediləcək dörd mühüm sərgidə 30-dan çox Çin şirkəti iştirak edəcək

2025-ci ilin yaz sərgi mövsümü çərçivəsində Azərbaycanda təşkil ediləcək dörd mühüm sərgidə 30-dan çox Çin şirkəti iştirak edəcək.

“Caspian Event Organisers”in məlumatına görə, bu sərgilər iqtisadiyyatın strateji sahələrini – kənd təsərrüfatı, qida sənayesi, energetika, nəqliyyat və logistika sahələrini əhatə edir.

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərində 10 Çin şirkəti iştirakını təsdiqləyib. Bu şirkətlər sırasında "Beijing Yifan Technology", "HEFS Food", "Linyi Chengmei Peanut Foodstuff", "Lovol", "RegAgro Tech", "Shanghai Allynnav Technology", "Shandong Binnong Technology" və digər şirkətlər yer alır.

Regionun ən böyük energetika tədbiri olan 30-cu Yubiley “Baku Energy Week” (Bakı Enerji Həftəsi) xüsusi diqqət çəkir. Bakı Enerji Həftəsi çərçivəsində “Caspian Oil&Gas”, “Caspian Power” sərgiləri və “Baku Energy Forum” keçiriləcək. Hazırda 21 Çin şirkətinin bu tədbirdə iştirakı təsdiqlənib. Onlar arasında “GS Oiltools", "Hangzhou Fortune Gas Cryogenic Group", "Hebei Longway Petroleum Equipment", "Jiangsu Changbao Steel Tube", "Linzhou Fengbao Pipe Industry", "LONGi Solar Technology", "Neway Valve" (Suzhou) və digər tanınmış şirkətlər yer alır.

22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisində isə Çin şirkətləri olan “Qingdao Fengtie International Logistics” və “Shenzhen Morning Int’l Shipping” artıq iştiraklarını təsdiqləyiblər.

Çin şirkətlərinin sərgilərdə fəal iştirakı Azərbaycanın Avrasiyada logistika, energetika və kənd təsərrüfatı sahələrində strateji əhəmiyyətini bir daha vurğulayır, həmçinin Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsinə olan artan marağını da aydın şəkildə nümayiş etdirir.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?