17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZPROMO və NDRC arasında investisiya tərəfdaşlığının inkişafı müzakirə edilib

Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Xarici kapital departamentinin baş direktorunun müavini Vu Honlianq ilə görüşüb.

Agentlikdən verilən məlumata görə, tərəflər konfransı Azərbaycan-Çin investisiya tərəfdaşlığının təşviqinin təmin olunması və inkişaf etdirilməsi baxımından vacib platforma kimi yüksək qiymətləndirib, gələcəkdə sözügedən mexanizmin reallaşdırılmasının davam etdirilməsinin önəmini vurğulayıblar.

Bildirilib ki, hər iki tərəfdən 200-dək şirkətin konfransa qatılması Çin və Azərbaycanın işgüzar dairələrinin birgə layihələrin həyata keçirilməsinə və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişafına fəallığını və hazır olduğunu əyani şəkildə nümayiş etdirir. Görüşdə AZPROMO və NDRC ilə konfrans çərçivəsində imzalanan Anlaşma Memorandumunun Çin şirkətlərinin ölkəmizdə investisiya fəaliyyətinə cəlb olunması prosesini asanlaşdıracağı və Çin kapitalının Azərbaycana axınının artımına müsbət təsir göstərəcəyi qeyd edilib.

Qeyd edək ki, aprel ayının 17-də AZPROMO, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və NDRC-nin birgə təşkilatçılığı, Pekin şəhər İnkişaf və İslahat Komissiyasının dəstəyi ilə Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı keçirilib. Tədbir çərçivəsində AZPROMO və NDRC-nin Beynəlxalq Əməkdaşlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri