11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Böyük Britaniyaya xam neft məhsullarının ixracı kəskin artıb

Böyük Britaniyaya xam neft məhsullarının ixracı kəskin artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Böyük Britaniyaya 73,4 milyon ABŞ dolları dəyərində 130,6 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 6,7 dəfə və ya 62,4 milyon dollar, həcm baxımından isə 6,3 dəfə və ya 110 min ton üstələyir.

Cari ilin ilk rübü ərzində ölkədən ümumilikdə 3,33 milyard dollar dəyərində 6 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Böyük Britaniya 8-ci yerdə qərarlaşıb və ixrac həcminin 2,17 faizi bu ölkənin payına düşüb.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?