6 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

BVF Azərbaycanın iqtisadi artım proqnozunu yüksəldib

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın 2025-ci ildə iqtisadi artımını 3,5 faiz səviyyəsində gözləyir. Bu, fondun ötən ilin oktyabr ayındakı proqnozundan 1 faiz bəndi yüksəkdir.

BVF qeyri-neft-qaz sektorunda artımın 4,5 faizə çatacağını gözləyir.

Fondun hesabatına əsasən, 2025-ci ildə Azərbaycanın nominal ÜDM-i 134 milyard manat təşkil edəcək və 2029-cu ilə qədər mərhələli şəkildə artaraq 162,1 milyard manata yüksələcək. Qeyri-neft ÜDM-nin isə 94,67 milyard manatdan 127,9 milyard manata qədər artacağı proqnozlaşdırılır.

BVF ortamüddətli dövrdə inflyasiyanın Azərbaycan Mərkəzi Bankının hədəflədiyi 4±2 faiz diapazonunda qalacağını gözləyir.

Fond, həmçinin, Azərbaycanın büdcə şəffaflığının artırılması sahəsində böyük uğurlarını qeyd edib. Azərbaycan "Açıq büdcə – 2023" hesabatında 125 ölkə arasında 23-cü yeri tutub.

BVF Azərbaycanın bank sistemindəki inkişafı da vurğulayıb. Kreditləşmənin artım tempi 2024-cü ildə illik müqayisədə 22 faizə yüksəlib, halbuki 2023-cü ildə bu göstərici 19 faiz olub. Artımı, əsasən, bank olmayan kredit təşkilatlarının aktivləşməsi təmin edib. Kreditləşmənin əsas hərəkətverici qüvvəsi ev təsərrüfatları və hüquqi şəxslər olub, xüsusilə sənaye və emal sahələrinin payı ümumi kredit həcmində 5 faizdən 8 faizə yüksəlib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?