23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

500 sahibkarlıq subyektinə 600-dən çox investisiya təşviqi sənədi təqdim edilib

2016-cı ildən 1 mart 2025-ci il tarixinədək 500 sahibkarlıq subyektinə 604 investisiya təşviqi sənədi təqdim edilib. Təşviq edilən layihələrin 13 faizi Bakı şəhəri və ətraf qəsəbələrin, 87 faizi isə regionların payına düşüb.

Təqdim olunan investisiya təşviqi sənədlərinin sahələr üzrə bölgüsü aşağıdakı kimidir:

- Sənaye – 62,4 faiz;

- Kənd təsərrüfatı - 34,1 faiz;

- Logistika – 1,8 faiz;

- Turizm – 1,7 faiz.

Bununla yanaşı, investisiya təşviqi mexanizmi bir sıra sahələrin, o cümlədən qida, içki, tikinti materialları, rezin və plastik məmulatlar, hazır metal məmulatlar, avtomobil, bərpaolunan enerji istehsalı və digər sahələrin inkişafına təkan verib.

İnvestisiya təşviqi sənədi verilən 400-dən artıq layihənin icrasına başlanılıb, digər layihələrin qurulması üzrə işlər davam etdirilir.

Fəaliyyət göstərən müəssisələr üzrə istehsal olunan müxtəlif sənaye və kənd təsərrüfatı məhsulları dünyanın müxtəlif ölkələrinə (MDB, Avropa, ərəb ölkələri və s.) ixrac olunur.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?