5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

4SİM Londonda keçirilən “Innovation 2025” beynəlxalq konfransında təmsil olunub

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 24-26 mart 2025-ci il tarixlərində Londonda keçirilən “Innovation 2025” beynəlxalq konfransında təmsil olunub.

Mərkəzin məlumatına görə, 4SİM-in icraçı direktoru Fariz Cəfərov "Süni intellekt məhsuldarlığın artırılmasına necə töhfə verə bilər?" adlı panel sessiyada spiker qismində çıxış edərək, Azərbaycanın süni intellekt sahəsindəki irəliləyişləri, ölkədə pilot olaraq müxtəlif qurumlar tərəfindən icra olunan süni intellekt həlləri və 4SİM-in bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.

Panelin digər spikerləri sırasında Kanadanın Əmək və Sosial İnkişaf Nazirliyinin Data üzrə baş direktoru İma Okonni, Böyük Britaniyanın Vorvik polis idarəsinin Data, texnologiya və strategiya üzrə direktoru Stefen Rassell, İsrail Milli Rəqəmsal Agentliyinin Data üzrə vitse-prezidenti Merav Peretz Belinsky və "Sullivan & Stanley"in Dəyişikliklər üzrə baş direktoru Adrian Stalham kimi tanınmış ekspertlər də yer alıb.

“İnnovasiya 2025” konfransı Böyük Britaniya hökuməti, Böyük Britaniya Dövlət Xidməti və Nazirlər Kabinetinin dəstəyi və Qlobal Hökumət Forumunun təşkilatçılığı ilə həyata keçirilir. Konfrans çərçivəsində dördüncü sənaye inqilabı texnologiyalarının dövlət xidmətlərində tətbiqi imkanları, vətəndaş cəmiyyətinin rəqəmsal bacarıqlarının artırılması, o cümlədən süni intellektin innovasiyanın və dövlət xidmətlərinin göstərilməsindəki təkanverici rolu kimi mövzulara həsr olunmuş panel müzakirələri, çıxışlar və B2B görüşlər baş tutub.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?