5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda sahibkarlara verilən güzəştli kreditlərin həcmi 5 dəfəyədək artıb

2023-cü ilin sonunda Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu 3 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edirdisə, 2025-ci ilin ilk 2 ayında bu rəqəm 8-ə çatdırılıb.

Bu barədə Fondun İdarə Heyətinin sədri Vüsal Novruzov muxtar respublikanın İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə “Mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, 7 müvəkkil kredit təşkilatı tərəfindən aktiv portfelə daxil olan 45,5 milyon manat vəsait üzrə 318 layihə maliyyələşdirilib. Fond tərəfindən 2025-ci ilin I rübü ərzində iqtisadiyyatın sahələri üzrə verilən güzəştli kreditlərin layihə sayı üzrə 72 faizi kənd təsərrüfatı, 21 faizi sənaye, 7 faizi isə xidmət sahələrinin inkişafına yönəldilib.

V.Novruzov əlavə edib ki, cari ilin ilk rübü yekunlaşmasa da, verilən güzəştli kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 dəfə artıb və maliyyələşdirilən layihələrin sayında da əhəmiyyətli artım müşahidə olunur. Belə ki, maliyyələşdirilən layihələr ötən ilin illik göstəricisinin 94 faizini təşkil edir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?