13 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Serbiyanın iqtisadiyyat naziri ilə görüş keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiyanın iqtisadiyyat naziri Adriyana Mesaroviç ilə videokonfrans formatında görüşüb.

Görüşdə qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin, siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb. Bu, iqtisadi gündəliyimizin genişlənməsinə və potensialımızın reallaşdırılmasına möhkəm zəmin yaradır.

Tərəflər ölkələrimiz arasında birgə fəaliyyətin perspektivləri, ikitərəfli ticarət, investisiya və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

-----

14:56

"Serbiyanın iqtisadiyyat naziri xanım Adriyana Mesaroviç ilə videokonfrans formatında keçirdiyimiz görüşdə ölkələrimiz arasında birgə fəaliyyətin perspektivləri, ticarət, investisiya və sənaye sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları barədə fikirlərimizi bölüşdük".

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.