16 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

May ayından elektrikli avtobusların sənaye üsulu ilə yığımına başlanılacaq

Cari ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında Çinin BYD şirkəti tərəfindən elektrik mühərrikli avtobusların istehsalı müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Agentliyin məlumatına görə, artıq şirkətin istehsalı üçün lazımi infrastruktur qurulub, yaxın günlərdə isə istehsal xəttinin quraşdırılmasına start veriləcək. İşlərin aprel ayında yekunlaşdırılması planlaşdırılır.

May ayından etibarən isə ilk elektrikli avtobusların sənaye üsulu ilə yığımına başlanılacaq. İllik istehsal gücü 500 ədəd elektrik avtobusu təşkil edəcək müəssisədə ilkin mərhələdə bir istehsal xəttində 5 ədəd avtobusun yığımı həyata keçiriləcək.

Növbəti ildən etibarən lokallaşdırma işlərinin daha da dərinləşdirilməsi və 2030-cu ilə qədər BYD markalı elektrik avtobuslara olan tələbatın 40 faizinin lokallaşdırılma hesabına ödənilməsi nəzərdə tutulur.

İnvestisiya dəyəri 29 milyon manat təşkil edən layihə çərçivəsində 600 nəfər işlə təmin olunacaq.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?