18 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mingəçevir – Xocalı – Xankəndi – Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 8 fevral tarixindən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Reyslər Mingəçevir Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Mingəçevirə isə 16:00-da həyata keçiriləcək.

Mingəçevir – Şuşa – Mingəçevir reysi üzrə bir istiqamət üçün biletin qiyməti 5,50 manat təşkil edir. Bu reys üzrə Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələri kimi müəyyən edilib. Mingəçevir – Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 4,50 manat, Mingəçevir – Xankəndi aralıq məntəqəsi üçün biletin qiyməti 5 manatdır.

Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır?