19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda KOBİA-nın 2024-cü il ərzində fəaliyyətinə və 2025-ci ildə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətlərinə, eləcə də gündəlikdə duran digər məsələlərə dair dair təqdimatlar keçirilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müvafiq dövr ərzində KOB-ların inkişafına göstərilən dəstək tədbirləri, o cümlədən sahibkarların bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, KOB maraqlarının müdafiəsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Həmçinin, müasir çağırışlara uyğun olaraq bizneslərin ehtiyacları və mütərəqqi beynəlxalq təcrübələr nəzərə alınmaqla sahibkarlar üçün yeni təşviq alətlərinin yaradılması, xidmət infrastrukturunun inkişafı və rəqəmsallaşdırılması istiqamətində həyata keçirilməsi planlaşdırılan tədbirlər diqqətə çatdırılıb.

İclasda qeyd olunan istiqamətlər və digər məsələlərlə bağlı Müşahidə Şurası üzvlərinin fikirləri dinlənilib, müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?