19 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 192-yə çatıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) “Startap” şəhadətnaməsinin verilməsi üzrə yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.

Agentliyin məlumatına görə, iclasda KOB subyektlərindən daxil olmuş 9 müraciətə baxılıb və onlardan 4-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.

“Startap” şəhadətnamələri "Mobil mühasib" MMC-nin mühasibatlıq xidmətlərini avtomatlaşdıran mobil tətbiqi, "Performance Center" MMC-nin təhsil müəssisələrinin akademik və administrativ əməliyyatlarının idarəedilməsi üçün platforma və mobil tətbiqi, "İDDO PSP" MMC-nin “İDDO” sağlamlıq proqramının idarəedilməsi üçün onlayn platforması və "YOLLAZ" MMC-nin taksi xidmətinin təşkili üçün mobil tətbiqi layihələri üçün təqdim olunub.

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 192-ə çatıb.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?