10 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Xidməti və "Caspian Energy Club"un birgə təşkilatçılığı ilə “B2G Forumu” keçirilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə “B2G Forumu” (Biznesdən dövlətə) keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun fəaliyyəti çərçivəsində onlayn formatda təşkil olunan tədbirdə “Caspian Energy Club”a üzv olan və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən biznes subyektlərinin nümayəndələri iştirak edib.

Forumda Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev, Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov və “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyevin çıxışları dinlənilib.

Çıxışlar zamanı dövlət və özəl sektor arasında etibarlı və səmərəli əlaqələrin qurulması, rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı və sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasında rəqabət qanunvericiliyinin tətbiqinin önəmi vurğulanıb. Bundan əlavə, dövlət satınalmalarına nəzarətin gücləndirilməsi, müvafiq sahənin elektronlaşdırılması və daha çox sayda sahibkarlıq subyektinin satınalmalarda iştirakının təmin edilməsi istiqamətində atılan addımlar barədə məlumat verilib. Habelə dövlət və özəl sektor arasında effektiv kommunikasiya mühitinin formalalaşmasında, biznes subyektləri ilə sağlam əməkdaşlıq əlaqələrinin inkişafında Dövlət Xidmətinin həyata keçirdiyi tədbirlər qeyd olunub.

Sonda tədbir iştirakçılarının dövlət-özəl tərəfdaşlığı istiqamətində rəy və təklifləri dinlənilib, iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?