30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

4SİM Davosda əməkdaşlıq məsələlərini müzakirə edib

Davosda Dünya İqtisadi Forumunda (DİF) iştirak edən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov DİF-in Enerji və Materiallar Mərkəzinin (Centre for Energy and Materials) Enerji Keçidi və Regional Akselerasiya üzrə rəhbəri Espen Mehlum ilə görüşüb.

Görüşdə Forum ilə birgə həyata keçirilən "Enerjidə süni intellekt həlləri" və icrası nəzərdə tutulan "Transitioning Industrial Clusters” (Keçid edən sənaye klasterləri) təşəbbüsü haqqında müzakirələr aparılıb. Sözügedən təşəbbüs 4 qitəni və 11 ölkəni əhatə edən 25-dən çox sənaye klasterini birləşdirir.

4SİM-in icraçı direktoru “C3 AI” və “McKinsey & Company” şirkətlərinin təşkil etdiyi “Müəssisələr üçün generativ süni intellekt” adlı dialoqa da qatılıb.

Tədbirdə “C3 Aİ” şirkətinin Baş texniki direktoru Nikhil Krishnan və “McKinsey” şirkətinin Rəqəmsallaşma və Sİ Transformasiyası üzrə qlobal lideri və baş tərəfdaşı Rodney Zemmel iştirak ediblər. Fariz Cəfərov Rodney Zemmel ilə görüşdə Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiya sənədi və “McKinsey” şirkəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib.

Dialoq iştirakçıları generativ süni intellektin müəssisələri necə dəyişdirdiyi, məhsuldarlığı, innovasiyanı və qərar qəbulunu necə yenidən formalaşdırdığı barədə fikir mübadiləsi aparıblar. Sessiya zamanı generativ süni intellektin avtomatlaşdırılmış məzmun yaradılmasından tutmuş mühüm qərar qəbulunda dəstəyə qədər dünyada real istifadə halları müzakirə olunub, süni intellektin bizneslərə gətirdiyi strateji üstünlüklər vurğulanıb.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?