6 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyə regionları ilə biznes əlaqələrinin inkişaf etdirilməsi imkanları müzakirə edilib

Azərbaycanda səfərdə olan Türkiyənin Konyalı Sənayeçi və İş Adamları Dərnəyinin (KONSİAD) Baş direktoru Kemal Çelikin rəhbərlik etdiyi iş adamlarından ibarət heyət ilə yerli sahibkarlar arasında “Bakı KOB evi”ndə görüş keçirilib.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və KONSİAD-ın Baş direktoru Kemal Çelik çıxış edərək iş adamları arasında əməkdaşlıq imkanlarına, mümkün birgə layihələrə, bu sahədə hər iki təşkilatın göstərə biləcəyi dəstəyə dair fikirlərini bölüşüblər. Görüşdə həmçinin, ölkəmizdə sahibkarlığa göstərilən dəstək tədbirləri, güzəştlər, o cümlədən KOBİA-nın xidmətləri, yerli KOB-ların xarici iş adamları ilə əlaqələndirilməsi barədə məlumat verilib, Azərbaycan və Türkiyə iş adamları arasında biznes və ticarət sahəsində əməkdaşlıq, investisiya qoyuluşu imkanları müzakirə olunub.

Sonra müxtəlif sektorlarda fəaliyyət göstərən iş adamları arasında B2B görüşlər keçirilib.

Qeyd edək ki, KONSİAD 2008-ci ildə yaradılıb və sıralarında iqtisadiyyatın müxtəlif sektorları üzrə 2500-dən çox iş adamını birləşdirir.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?