9 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət büdcəsinin neft-qaz sektorundan asılılığı əhəmiyyətli dərəcədə azalıb

2019-2024-cü illərdə qeyri-neft-qaz ixracının təqribən iki dəfədən çox artması gözlənilir. Ölkənin maliyyə təhlükəsizliyi yastığı, strateji valyuta ehtiyatları isə 2019-cu ilin əvvəlindən 2024-cü ilin 1 noyabrınadək 1,6 dəfə artaraq 73 milyard dollara çatıb. Bu da təqribən cari il üzrə gözlənilən ümumi daxili məhsul səviyyəsindədir.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, son illərdə ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.

“Neft hasilatının pik həcmi 2010-cu ildə qeydə alınıb – 50,8 milyon ton. 2014-cü ildə ölkədə neft hasilatı 42,1 milyon ton təşkil edirdi. 2018-ci ildə neft hasilatı 38,8 milyon ton, 2021-ci ildə 34,6 milyon ton olmuşdur. 2024-cü ildə isə neft hasilatının proqnozlaşdırılan həcmi 29,2 milyon tondur. Cari ildə “Brent” markalı neftin qiymətinin isə təxminən 80 ABŞ dolları ətrafında olacağı gözlənilir. Baxılan dövr ərzində dövlət büdcəsinin neft-qaz sektorundan asılılığı əhəmiyyətli dərəcədə azalmışdır. Belə ki, əgər 2014-cü ildə dövlət büdcəsinin neft-qaz gəlirləri 15,5 mlrd. ABŞ dolları və ya büdcə gəlirlərinin 66,0%-ni təşkil edirdisə, 2024-cü ilin dürüstləşdirilmiş büdcəsində neft-qaz gəlirləri 10,5 mlrd. ABŞ dolları olmaqla büdcə gəlirlərində payı 49,0%-ə enmişdir”, - deyə nazir əlavə edib.

AZƏRTAC

VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir?