17 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tərəvəz əkinləri dövlət tərəfindən subsidiyalaşdırılacaq

Tərəvəz əkinləri dövlət tərəfindən subsidiyalaşdırılacaq

2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunan tərəvəz əkinlərinin hər hektarına görə fermerlərə 310 manat subsidiya veriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, müasir suvarma sistemi ilə təmin olunmamış sahələrdə tərəvəz becərən fermerlər isə hər hektara görə dövlətdən 250 manat subsidiya alacaqlar.

Bu qərarın qəbulunda məqsəd su resurslarından səmərəli istifadə etmək, təsərrüfatlarda müasir suvarma sistemlərinin tətbiqini genişləndirməkdir.

Qeyd edək ki, təsərrüfatlarda müasir suvarma sistemlərinin quraşdırılması xərclərinin 40 faizini dövlət qarşılayır. Fermerlər 20 faiz ilkin ödəniş etməklə təsərrüfatlarında müasir suvarma sistemi quraşdıra bilərlər. Qalan məbləğin 40 faizi dövlət tərəfindən ödənilir, digər 40 faiz məbləğ isə bank tərəfindən kreditləşdirilir. Kreditin əsas hissəsini fermer, faizini isə Aqrar Kredit və İnkişaf Agentliyi ödəyir.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?