25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kəlbəcərdə turizmin inkişafı üçün ciddi planlar var

Kəlbəcərdə turizmin inkişafı üçün ciddi planlar var

Kəlbəcər rayonunun turizm üzrə inkişaf strategiyası hazırlanıb. Bu barədə "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına Dö vlət Turizm Agentliyinin Regional turizm şöbəsinin müdiri Elgün Cavadov deyib.

Onun sözlərinə görə, hazırda belə bir konsepsiya Xocavənd rayonu üzrə hazırlanır. Bu istiqamətdə işlərin cari ilin sonunadək tamamlanması nəzərdə tutulur.

"Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq, hər il bir rayonun konsepsiyası hazırlanacaq. 2026-cı ilədək əsas turistik rayonların hamısını əhatə etməyi düşünürük. Növbəti ildə Laçın rayonunun, daha sonra isə Zəngilanın inkişaf konsepsiyası hazırlanacaq. Hesabatlar və mütəxəssislərin verdiyi resurs analizi üzərindən növbəti onilliklər üzrə strategiyamızı müəyyənləşdiririk ki, həmin resursları gələcəkdə necə istifadə edə bilərik. Misal olaraq, Kəlbəcərdə hədəf ondan ibarətdir ki, 2040-cı ilədək bu rayonu həm sağlamlıq, həm də dağ turizmi istiqamətində regionda ən çox ziyarət olunan üç destinasiyadan biri edək. Bu hədəf çərçivəsində turizm zonalarını təklif etmişik və bununla bağlı yaxın zamanda qərarın veriləcəyini düşünürük",- E.Cavadov qeyd edib.

Hüseyn VƏLİYEV

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?