7 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fermer təsərrüfatlarına dəyən zərərə görə sığorta ödənişlərinin məbləği açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, ölkə üzrə 405 604 hektar əkin sahəsi sığortalanıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri nar və fındıq bağları, qarğıdalı, çəltik, şəkər çuğunduru, buğda, arpa və pambıq sahələri olub.

Hesabat dövründə kənd təsərrüfatı əkinlərinin sığortası üzrə 10,8 milyon manatdan çox sığorta haqqı toplanıb və 457 milyon manat sığorta təminatı verilib.

Bununla yanaşı, bu dövrdə ölkə üzrə 2 380 baş iri və xırdabuynuzlu mal-qara sığorta edilib. Heyvanların sığortası üzrə 1,41 milyon manat sığorta haqqı toplanıb, 14 milyon manatdan artıq sığorta təminatı verilib.

Cari ildə bütün ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntılar və digər təbiət hadisələri aqrar sektora dəyən zərərin və sığorta ödənişlərinin artmasına səbəb olub. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Aqrar Sığorta Fondu tərəfindən fermer təsərrüfatlarına dəyən zərərə görə ümumilikdə 3,79 milyon manat sığorta ödənişi edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,5 dəfə çoxdur. 2023-cü ilin ilk 9 ayı ərzində fermerlərə ümumilikdə 1,4 milyon manat ödəniş edilmişdi. Fermerlərə sığorta ödənişlərinin 2,9 milyon manatı bitkiçilik, 881 min manatı isə heyvandarlıq sığortası üzrə həyata keçirilib. Bu il əkin sahələrinə dəyən zərərlər üzrə fermerlərə sığorta ödənişləri 3,7 dəfə artıb. Heyvandarlıq təsərrüfatlarına dəyən zərərlərə görə aqrar sığorta ödənişlərində isə 40 faizdən çox artım müşahidə olunub.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?